Energetika

SOCAR “kütləvi ixtisar” məsələsinə - AYDINLIQ GƏTİRİB

SOCAR “kütləvi ixtisar” məsələsinə - AYDINLIQ GƏTİRİB | FED.az
08:19 21 İyul 2020

Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə SOCAR-ın Təhlükəsizlik İdarəsində ixtisarların başlaması ilə bağlı məlumatlar dərc edilib.

Eləcə də bax: SOCAR: Azərbaycan neft və qazının Avropa bazarına daşınmasına - TƏHLÜKƏ YARANIB

FED.az bildirir ki, yazılan məlumatları dəqiqləşdirmək üçün şirkətlə əlaqə saxlanılıb.

SOCAR-ın Təhlükəsizlik İdarəsindən verilən açıqlamada bildirilib ki, hazırda söhbət işçilərin ixtisarından yox, hərbiləşdirilmiş mühafizə komandalarının komplektləşdirilməsindən gedir:

“Bu normal bir prosesdir ki, idarənin strukturunda dəyişiklik baş verə bilir. Belə ki, bəzi postlar bağlanar, digər postlarla birləşdirilə bilər və ya ləğv olunan postlarda olan işçilər müsabiqə yolu ilə müxtəlif digər bölmələrə yerləşdirilə bilər. Bütün hallarda işçilərin qanunla müəyyən edilmiş hüquqlarının qorunması təmin edilir və hazırda kütləvi ixtisardan söhbət gedə bilməz”. (Report)

Digər xəbərlər

Banner