SOCAR karbon kreditlərinin növbəti satışını həyata keçirəcək.
"SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq"
FED.az xəbər verir ki, bunu “Əsrin müqaviləsi”nin 30 illiyi və Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri üçün SOCAR-ın Ekoloji Parkına təşkil olunan media-tur zamanı şirkətin Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı deyib.
Mustafa Qurbanlı çıxışında bildirib ki, "Karbon kreditlər ilə bağlı SOCAR uğurlu layihələr icra edir. SOCAR tərəfindən icra edilən bu layihələr karbon sızmalarının aşkar edilməsi və sızmaların aradan qaldırılması ilə bağlıdır. Bizdə əldə edilən azalma həcmləri Almaniya bazarlarında satılaraq satışdan əldə edilmiş gəlir yaşıl layihələrə invetsiya edilir. Hazırda bu sahədə ikinci layihə həyata keçirilir. Layihə çərçivəsində 170-dən çox sızma müəyyən edilib ki, onların aradan qaldırılması nəticəsində 60 min tondan çox karbon dioksidin emissiyasının azaldılması gözlənilir. Qeyd edilən azalma həcmi zamanı əldə edilən karbon kreditləri də Almaniya da satılması gözlənilir"