Xəbər verildiyi kimi, bu gün aprelin 19-da prezident İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.
"Zərdab" yatağından neft çıxarılacaq - SOCAR PLAN HAZIRLAYIR
FED.az-ın məlumatına görə, görüşdə prezident hazırda Azərbaycanda iqtisadiyyatının modernləşdirildiyini bildirib.
Prezident İlham Əliyev bu baxımdan Azərbaycanla İsrail arasında texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd edib.
Dövlət başçısı Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verib, İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu deyib.
Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulanıb.