Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Zərdab" quruda neft yatağının istismarının bərpası üzrə tədbirlər planı hazırlayır.
Azərbaycanda ilk dəfə olaraq hidravlik kran - İSTEHSALI BAŞLADI
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildiriblər.
""Muradxanlı" və "Cəfərli" yataqlarında istismar işləri davam etdirilir. "Zərdab" yatağında istismar işləri aparılmır", - şirkətdən deyiblər.
SOCAR-da qeyd edildiyi kimi, hazırda "Muradxanlı" və "Cəfərli" yataqlarında ümumilikdə 25 quyu istismar olunur və neft hasilatı gündəlik 32 ton təşkil edir.
Qeyd edək ki, "Muradxanlı","Cəfərli" və "Zərdab" yataqlarının ümumi sahəsi 642,2 kvadrat kilometr təşkil edir və müqaviləyə əsasən reabilitasiya və kəşfiyyat ərazilərinə bölünüb.
"Muradxanlı-Cəfərli-Zərdab" bloku Azərbaycanın İmişli rayonunun Yevlax-Ağcabədi neft-qaz bölgəsində yerləşir. Müqavilə sahəsinə daxil olan "Muradxanlı" yatağı 1971-ci ildə, "Cəfərli" 1984-cü ildə, "Zərdab" isə 1981-ci ildə işə salınıb.
Quruda "Muradxanlı","Cəfərli" və "Zərdab" neft yataqları blokunun hasilat bölgüsü, bərpası, işlənməsi və kəşfiyyatı haqqında müqavilə 2016-cı ilin martında "Zenith Energy" və "SOCAR" arasında imzalanıb. Müqavilə çərçivəsində hasilat 2016-cı ilin avqustunda başlayıb.
2020-ci ilin noyabrında "Zenith Energy Ltd." SOCAR ilə müqavilənin qüvvədən düşdüyünü bildirib.
Yataqlar hazırda SOCAR "Azneft" İstehsalat Birliyinin balansındadır və Əli Əmirov adına Neftqazçıxarma İdarəsinin Muradxanlı neftqazçıxarma kompleksi tərəfindən istismar olunur.