2020-ci ildə SOCAR-ın işçilərinin orta aylıq əməkhaqqı 1 343.15 manat təşkil edib.
Eləcə də bax: SOCAR-ın işçi sayı azalıb – SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) illik hesabatında deyilir.
2019-cu il ildə bu göstəricinin 1 234.34 manat olduğunu nəzərə alsaq, illik müqayisədə 108.81 manat və ya 8.8% artım deməkdir.
“Əmək haqqı fondunun, eləcə də işçilərin orta aylıq əmək haqqının artmasının əsas səbəbi qurumun işçilərinin tarif (vəzifə) maaşlarının 01.09.2019-cu il tarixdən 20 % artması, habelə SOCAR üzrə işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi üzrə mütəmadi olaraq aparılan işlərdir”- deyə, buna şərhdə bildirilir.
SOCAR-dan o da bildirlir ki, “eyni zamanda SOCAR-ın strukturuna daxil olan qurumlarda fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə işçilərin sayının və əmək haqqı xərclərinin optimallaşdırılması ilə bağlı işlər davam etdirilir”.