2020-ci il üzrə SOCAR-da çalışan işçilərin orta siyahı sayı açıqlanıb.
Eləcə də bax: Azərbaycan hasil edilmiş neftin - 59%-ni “Mənfəət” Kimi Alıb
FED.az Banker.az-a istindən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) illik hesabatında deyilir.
Məlumata görə, işçilərin sayı 50 968 nəfər təşkil etmiş və 2019-cu il ilə (51 092 nəfər) müqayisədə 124 nəfər azalmışdır.
Hansı qurumlarda artıb, hansılarda azalıb?
2020-ci il ərzində işçilərin orta siyahı sayı əsasən aşağıdakı qurumlar üzrə artmışdır:
- Baş ofis üzrə – 19 nəfər;
- “Azəriqaz” İstehsalat Birliyi üzrə – 31 nəfər;
- “Neftqaztikinti” tresti üzrə – 18 nəfər;
- Bakı Ali Neft Məktəbi üzrə – 27 nəfər;
- “Təhlükəsizlik” İdarəsi üzrə – 13 nəfər;
- Karbamid Zavodu üzrə – 85 nəfər;
- Metanol zavodu üzrə – 11 nəfər;
- Sənaye Təhlükəsizlik İdarəsi üzrə – 26 nəfər
2020-ci il üzrə işçilərin orta siyahisi əsasən aşağıdakı qurumlar üzrə azalmışdır:
- “Azərikimya” İstehsalat Birliyi üzrə – 29 nəfər;
- Əliyev adına neft emalı zavodu üzrə – 19 nəfər;
- “Kompleks qazma işləri” tresti üzrə – 39 nəfər;
- Qaz emalı zavodu üzrə – 8 nəfər;
- “Qaz İxrac” İdarəsi üzrə – 49 nəfər;
- Geofizika və geologiya İdarəsi üzrə – 89 nəfər;
- “İnformasiya Texnologiyları və Rabitə” İdarəsi üzrə – 24 nəfər;
- “Ekologiya” İdarəsi üzrə – 58 nəfər;
- Təlim, tədris və sertifikatlaşdırma İdarəsi üzrə – 9 nəfər;
- “Neftqazelmitədqiqatlayihə” institutu üzrə – 10 nəfər.