Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR/ARDNŞ) Qaz İxrac İdarəsinin ixrac gəlirləri 2,8 milyon ABŞ dolları olub.
SOCAR-ın idarəsinin ixrac gəlirləri – 3 DƏFƏ AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, idarənin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 milyon ABŞ dolları və ya 8,2 dəfə azalıb. 2025-ci ilin birinci rübündə idarənin ixrac gəlirləri 23 milyon ABŞ dolları olmuşdu.
ARDNŞ-nın Qaz İxrac İdarəsi birinci rübdə ixrac gəlirləri ilə qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçıların reytinqində 7-ci yeri tutub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Birinci rübdə ölkənin qeyri-neft ixracının 464 milyon manatı, yəni 53,8%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir. Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib - 255 milyon dollara qarşı 209 milyon dollar.













