Cari ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR/ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 35,3 milyon ABŞ dolları olub.
SOCAR Britaniya şirkəti ilə rəqəmsallaşdırma üzrə əməkdaşlığı nəzərdən keçirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, idarənin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 69,7 milyon ABŞ dolları və ya 3 dəfə azalıb. 2025-ci ilin birinci rübündə bu gəlirlər 105 milyon ABŞ dolları idi.
Şirkət ixrac gəlirləri ilə qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçıların reytinqində 4-cü yeri tutub.
Qeyd edək ki, ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ötən il ixracdan 373,9 milyon ABŞ dolları gəlir əldə edib. Bu, 2024-cü ilə nəzərən 35,9 milyon ABŞ dolları (8,8%) azalma deməkdir.
Məlumat üçün bildirək ki, bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac 862 milyon ABŞ dolları təşkil edib. Birinci rübdə ölkənin qeyri-neft ixracının 464 milyon manatı, yəni 53,8%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir. Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib - 255 milyon dollara qarşı 209 milyon dollar.













