1 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.
SOCAR-ın prezidenti bir neçə xarici neft-qaz şirkətinin rəhbərlərilə görüşüb
FED.az xəbər verir ki, görüşdə SOCAR ilə “Total Energies” arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin birinci mərhələsi - Erkən Hasilat Sxemi (EPS) çərçivəsində görülən işlər, layihənin cari vəziyyəti, müasir texnoloji və təhlükəsizlik sistemləri ətrafında müzakirə aparılıb.
Görüş çərçivəsində, həmçinin Abşeron yatağının işlənməsinin ikinci mərhələsi (Faza-1) haqqında danışılıb, neft-qaz və bərpaolunan enerji sahəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.