Rusiyanın “Qazprom” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
9 ayda SOCAR dövlət büdcəsinə - 1,5 MİLYARD MANAT VERGİ ÖDƏYİB
FED.az xəbər verir ki, “Qazprom”un yaydığı məlumata görə, müzakirələr “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerlə SOCAR prezidenti Rövşən Nəcəf arasında bu gün keçirilən işgüzar görüşündə aparılıb.
“Tərəflər qaz sahəsində şirkətlər arasında əməkdaşlığın cari və gələcək məsələlərini nəzərdən keçiriblər”, - məlumatda deyilir. (Report)