2023-cü ilin yanvar-sentyabr aylarında SOCAR şirkəti Azərbaycanın dövlət büdcəsinə 1 milyard 494,4 milyon manat məbləğində vergilər ödəyib.
Nazirlər Kabinetində SOCAR-la bağlı – GENİŞ TOPLANTI
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir
2023-cü il üçün SOCAR üçn vergi planı 2 milyard manat həcmində müəyyən edilib. Beləliklə, yanvar-sentyabr aylarında şirkət illik planın 74,5%-nin icrasını təmin edib.
Bütövlükdə, SOCAR-ın vergi ödənişləri cari ilin 9 ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 5,92%-ni təmin edib.
2022-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə faktiki vergi ödənişləri 2 milyard 12,734 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 76,3% çoxdur. (İnterfaks-Azərbaycan)