12 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Oceaneering International” şirkətinin prezidenti və baş icraçı direktoru Roderick Larson ilə görüşüb.
SOCAR-ın prezidenti “SAP SE” şirkətinin baş əməliyyat direktoru ilə görüşüb
FED.az xəbər verir ki, görüşdə SOCAR ilə “Oceaneering International” şirkəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, tərəflər arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli strategiyasından danışılıb, bu xüsusda dayanıqlı inkişafın gücləndirilməsi məqsədilə innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd olunub.
Görüşdə, həmçinin SOCAR-ın fəaliyyət göstərdiyi sahələrdə müasir texnologiyaların istifadəsi istiqamətində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşən “Oceaneering International” şirkəti beynəlxalq şirkətlərə mühəndislik xidmətləri və avadanlıqlar təqdim edən, sualtı mühəndislik və tətbiqi texnologiya şirkətidir.