2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Malta və eləcə də iki Afrika ölkəsindəki ofşor şirkətləri zərər edib.
Eləcə də bax: SOCAR II rübün qazma, hasilat, emal və ixrac göstəricilərini - Açıqlayıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Maltadakı törəmə şirkət “Electrogas Malta” ötən il ərzində 368 mln. dollar gəlir əldə etməklə ili 49 mln. dollar (öndəki ildə: 48 mln. dollar) zərərlə bitirib. SOCAR-ın bu şirkətdə 33% payı vardır.
Benindəki şirkət “Octogone” 5 mln. dollar gəlir əldə etməklə ili 1 mln. dollar (öncəki ildə də bu qədər idi) zərərlə bitirib. SOCAR-ın bu şirkətdəki payı 20%-dir.
Fildişi Sahilindəki şirkət “CI GNL” gəlirləri açıqlanmasa da illik zərərinin 2 mln. dollar (2019: 5 mln. dollar) olduğu məlum olub. Bu şirkətdə isə SOCAR 26% paya sahibdir.