Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına başlanmasından (1846-cı il) 01.01.2021-ci il tarixinə qədər 2,11 milyard tondan artıq neft və 900 milyard kub metrdən artıq qaz hasil edilmişdir.
Eləcə də bax: "Qarabağ" yatağında neft hasilatına 2025-ci ildə - BAŞLANILACAQ
FED.az xəbər verir ki, bu, SOCAR-ın 2020-ci il üzrə İllik Hesabatında qeyd edilib.
Hesabatada bildirilir ki, o cümlədən, “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarından neft və qaz hasilatına başlanması tarixindən (1997-ci il) 01.01.2021-ci il tarixinə qədər 523,9 milyon ton neft və 176,7 milyard kub metr qaz hasil edilmişdir.
“Bu yataqlardan hasil edilmiş neftin 59%-i və ya 309,4 milyon tonu Azərbaycanın “mənfəət” nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan vermişdir. Bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında “Hasilatın pay bölgüsü” tipli 37 saziş imzalanmışdır. Bunlardan 21 saziş Xəzərin Azərbaycan sektorunu, 16 saziş isə quru sahələrini əhatə edir ki, hazırda bunlardan 18 saziş üzrə (7 dəniz, 11 quru sahələri üzrə) işlər həyata keçirilir. 01.01.2021-ci il tarixinə qədər respublikanın neft sənayesinə 95,1 milyard ABŞ dollarından artıq xarici sərmayə qoyulmuşdur”,- heabatda deyilir. (Marja)