Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın "Wood" şirkəti arasında bərpaolunan enerji, rəqəmsallaşdırma sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin "Wood" şirkətinin icraçı prezidenti Stiv Nikol ilə görüşündə aparılıb.
Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.
Söhbət zamanı SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr, eləcə də "midstream", "upstream", "downstream" sahələrində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Bundan başqa, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.











