Dövlət Neft Şirkəti (SOCAR) fəaliyyət göstərdiyi ölkələrdə gəlirlərini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il 83 milyard 752 milyon manat gəliri olan şirkətin gəlirlərinin əsas hissəsi İsveçrədən əldə edilib.
Eləcə də bax: SOCAR-ın gəlirləri və mənfəəti – KƏSKİN AŞAĞI DÜŞÜB
Şirkətin rəsmi açıqlamasında bildirilir ki, bu SOCAR-ın İsveçrədə fəaliyyyət göstərən bölmələrinin neft ticarəti fəaliyyəti ilə bağlıdır.
İsveçrədə gəlirlər - 30% AZALIB
SOCAR-ın 2019-cu ildə gəlirlərinin 76%-i və ya 63 milyard 735 milyon manatı İsveçrədəki əməliyyatlardan formalaşıb. Ötən illə müqayisədə bu ölkədəki gəlirləri 27,3 milyard manat və ya 30% azalıb. Ötən il SOCAR-ın bütün gəlirlərinin 84%-i İsveçrədən gəlirdi.
Türkiyədə gəlirlər – 88% artıb
SOCAR-ın Türkiyyə yatırımları faydasını göstərməyə başlayıb. FED.az xəbər verir ki, 2019-cu ildə şirkətin Türkiyədəki əməliyyatları 9 milyard 377 milyon manat gəlir gətirib, bu da əvvəlki ildən 88,6% artıqdır. Türkiyənin İzmir vilayətinin Əliağa bölgəsində yaradılan və olduqca perspektivli istehsal-nəqliyyat mərkəzinin gəlirlərinin gələcəkdə də artacağı gözlənilir. Gəlir artımı səbəbindən Türkiyənin SOCAR-ın gəlirlərindəki payı 2018-ci ildə 4,6%-dən 2019-da 11,2%-ə yüksəlib.
Azərbaycanda gəlirlər – 7,6% azalıb
SOCAR-ın gəlirlərində Azərbaycanın payı artıq bir neçə ildir ki, 10%-dən aşağıdır. 2019-cu ildə Azərbaycanda gəlirlər təqribən 500 milyon manat və ya 7,2% azalaraq 6 milyard 145 milyon manata düşüb. Azalmaya baxmayaraq SOCAR-ın ümumi gəlirlərində Azərbaycanın payı 6,1%-dən 7,3%-ə yüksəlib.
Birləşmiş Ərəb Əmirmiklərində gəlirlər – 27% azalıb
2019-cu ildə SOCAR-ın Birləşmiş Ərəb Əmirliklərində gəlirləri 600 milyon manatldan artıq və ya 26,8% azalaraq 1 milyard 722 milyon manata düşüb. ÖƏƏ-nin SOCAR-ın gəlirlərində payı isə 2,2%-dən 2%-ə enib.
Gürcüstanda gəlirlər – 4,3% artıb
Dövlət Neft Şirkətinin Gürcüstandakı əməliyyyatlarından gəlirləri 2019-cu ildə güzi də olsa artıb. Ötən il SOCAR qonşu ölkədən 1 milyard 172 milyon manat əldə edib, bu 2018-ci ildən 48 milyon manat artıqdır. Nəticədə Gürcüstanın SOCAR-ın gəlirlərindəki payı 1%-dən 1,4%-ə yüksəlib.