Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar gələn il üzrə 600 milyon manat proqnozlaşdırılıb.
Birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi mübadilə edilib
FED.az xəbər verir ki, bu göstərici 2025-ci ilin proqnozu ilə müqayisədə 12,2 milyon manat və ya 2 faiz az, lakin 2024-cü ilin faktiki icrası ilə müqayisədə 22,2 milyon manat və ya 3,8 faiz çox olacaq.
Məlumata görə, 2025-ci illə müqayisədə azalmaya əsas səbəb Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) gözlənilən dividend ödənişlərinin 12 milyon manat və ya 2,6 faiz azalaraq 450 milyon manat səviyyəsində nəzərdə tutulması ilə bağlıdır.