Maliyyə nazirliyinin məlumatına görə, 2020-ci ildə SOCAR-ın vergi ödənişləri dövlət büdcəsinin gəlirlərinin 6%-ni təşkil edəcək.
FED.az xəbət verir ki, SOCAR-ın 2020-ci il dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 450 mln. manat məbləğində nəzərdə tutulub ki, bu da 2019-cu ilin göstəricisi ilə eynilik təşkil edir.
Eləcə də bax: SOCAR Türkiyədə 100 milyon dollarlıq - MÜQAVLƏ QAZANDI
Maliyyə Nazirliyinin məlumatına görə, SOCAR 2020-ci ildə dövlət büdcəsinin gəlirlərinin 6%-ni təmin edəcək.
Şirkət 2019-cu ilin I yarısında dövlət büdcəsinə 741,326 mln. manat vergi ödəyib.
2018-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə ödənişlər 1 mlrd. 604,514 mln. manat məbləğində olub.
interfax.az