Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılır. Bildiririk ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.
Eləcə də bax: "SOCAR palçıq vulkanı baş vermiş ərazidə qazma işlərini də aparmırdı"
FED.az bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova istinadən xəbər verir.
"SOCAR-dan verilən məlumata görə, ictimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik", - İ. Əhmədov qeyd edib.
Onun sözlərinə əsasən, məlumata görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib. (Apa)