"Palçıq vulkanı Daşlı adasında baş verib. Vulkan püskürməsinin baş verdiyi ərazidə SOCAR tərəfindən heç bir qazma işləri aparılmayıb, o sahədə SOCAR-ın infrastrukturu yoxdur, kəmərlər keçmir. Mətbuatda gedən məlumatlar şayiədir".
Eləcə də bax: SOCAR-dan Xəzərdəki partlayışla bağlı yeni - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında SOCAR-ın Geologiya və geofizika şöbəsinin rəis Fərhad İbadov bildirib.
Mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Əlif Hacıyev elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq:
“Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb".
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, bu vulkan sonuncu dəfə 1945-ci ildə püskürüb.
“Dünənki palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürüb. Bu vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”.
Onun sözlərinə görə, vulkan 8 dəqiqə püskürüb: “Dərinliyi 1,48 km olub”. (Marja)