Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin “Chevron” şirkəti arasında dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.
Gələn il büdcədə neftin qiyməti məlum oldu – HÖKUMƏTDƏN EHTİYATLI ADDIM
FED.az SOCAR-a istinadla xəbər verir ki, müzakirələr oktyabrın 16-da SOCAR prezidenti Rövşən Nəcəf ilə “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes arasında keçirilən görüş zamanı baş tutub.
Tərəflər, həmçinin şirkətlər qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.