SOCAR istismar etdiyi yataqlarda 2022-ci il ərzində 7 811 070 ton neft hasil etməyi proqnozlaşdırır.
Eləcə də bax: SOCAR bu il qazma işlərini kəskin - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Qeyd edək ki, ötən il SOCAR şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7 892 079 ton neft hasil edib. Beləliklə, 2021-ci ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə SOCAR üzrə neft hasilatı 1,03% azalacaq.
Bu ilin yanvar-mart aylarında SOCAR tərəfindən 1 930 062 ton neft hasil edilib, bu da illik müqayisədə 0,3% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda 34,58 mln. ton neft hasil edilib, bu da illik müqayisədə 0,1% çoxdur. (Apa)