SOCAR bu ilin birinci rübündə 18 min metrdən artıq qazma işləri həyata keçirilib.
FED.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Eləcə də bax: SOCAR Gürcüstana qaz ixracını kəskin - ARTIRIB
Bildirilir ki, bu ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox qazma işi həyata keçirilib.
Qeyd edək ki, 2021-ci ildə SOCAR üzrə 62 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3% çoxdur. (Trend)