Yaşıl dünya naminə bir sıra tədbirlər keçirilir, bunlardan biri də Bakı buxtasının abadlaşdırılmasıdır.
"SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq"
FED.az xəbər verir ki, bu sözləri SOCAR-ın mətbuat katibi Orxan Hüseynov Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ağ Şəhər bulvarının Şərq istiqamətində "Baku Hotel Boulevard" hotel yaxınlığında neftlə çirklənmiş ərazinin təmizlənmısi layihəsi var. Son 3 ay ərzində bu ərazidə böyük işlər görülüb. Gözlədiyimiz 30,4 hektar ərazi yox, 6 hektaradək ərazinin təmizlənməsi zərurəti yarandı.
İşlərın tamamlanması iyul ayının əvvəlinə planlanmasına baxmayaraq, təmizlənmə prosesində nəzərdə tutulmuş sahədən çox, yəni dəniz zolağından şlamın daşınması ila həmin sahə 3, 4 hektardan 6 hektaradak artmışdır. Bu səbəbdən layihənin bitmə tarixi iyul ayının sonunadək uzadılmışdır.
"Biz bu işləri uğurla həyata keçiririk. Gələcəkdə də dövlət tərəfindən bu cür nəhəng layihələrin həyata keçirilməsində SOCAR hər zaman öz dəstəyini və töhfəsini verməyə hazırdır”, - deyə o qeyd edib.