Türkiyənin «Botaş» neft-qaz şirkətinin keçmiş baş direktoru Gökhan Yardım bildirib ki, «Şimal kəmər»lərinin təmiri azı 1 il çəkəcək.
Eləcə də bax: «Şübhə yoxdur ki, burada partlayış olub» - «ŞİMAL KƏMƏRİ»İLƏ QAZ NƏQLİ DAYANIB
FED.az xəbər verir ki, «Yeni Şafak» qəzetinə müsahibəsində «Botaş»ın keçmiş rəhbəri bilirib ki, kəmərlərdən sızıntıların həcmi ilə bağlı məlumatlar problemin cidd olduğunu göstərir. «Onun təmiri 1 il uzana bilər, həta Rusiya və Avropa razılığa gəlsələr də ilin sonunadək bu kəmərlə qaz göndərmək mümkün olmayacaq»-deyə ekspert bildirib.
Gökhan bildirib kİ, kəmərə dəniz suyunun düşməsi səbəbindən onun guya yararsız hala gəlməsi barədə iddialar əsasızdır, çünki təzyiqlə suyu oradan çıxarmaq olar.
Ekspert bildirib ki, kəmərin zədələnməsi ilə bağlı hadisənin diversiya olması ehtimalı yüksəkdir, çünki belə kəmərlər hətta zəlzələyə də davamlıdırlar.