“Şimal axını-2” xəttinin İsveç iqtisadi zonasına aid olan hissəsindəki sızmanın qarşısı alınıb.
Eləcə də bax: «Şimal kəmər»lərinin təmiri - AZI BİR İL ÇƏKƏCƏK
FED.az xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom” şirkəti məlumat yayıb.
O da əlavə olunub ki, xətdəki təzyiq stabilləşdirilib və sızma tamamilə aradan qaldırılıb.
Xatırladaq ki, bu gün İsveç sahil mühafizə xidmətinin rəsmi internet səhifəsindəki məlumata əsasən, səhər 8 radələrində aparılan yoxlama zamanı boru kəmərində sızma aşkarlanmışdı.
Həmçinin o da qeyd olunub ki, sızmanın ölçüsü 30 metrə yaxın olub. (Apa)