Neft-qaz şirkəti “Shell” Rusiyanın “Qazprom” və “Qazpromneft” müəssisələrindəki işçilərini ölkədən çıxardığını deyir.
Eləcə də bax: “Shell” “Şimal axını-2” layihəsində iştirakını - DAYANDIRMAQ İSTƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu tədbirlər xüsusilə “Saxalin-2” neft-qaz layihəsinə aiddir.
“Rusiyaya “Saxalin-2” layihəsinə müvəqqəti təyin olunmuş onlarla “Shell” əməkdaşı həftə sonu başqa ofislərə qayıtmaq üçün işdən çıxarılıb”, – deyə mesajda bildirilib.
Xatırladaq ki, “Shell” “Saxalin-2” layihəsində 25.5%, “Salym Petroleum Development” layihəsində isə 50% paya sahibdir. Britaniya şirkəti həmçinin “Qazprom Neft”, “Şimal axını 2” çərçivəsində isə “Qazprom”la əməkdaşlıq edir.
Daha əvvəl “Shell” “Qazprom”la birgə layihələrdən çıxmaq niyyətini açıqlamışdı. Şirkətin onların daxilindəki aktivlərinin dəyərini 3 milyard dollar qiymətləndirmişdi.