Bu ilin 12 ayı ərzində Azərbaycan Serbiyaya 119 milyon 830 min dollar dəyərində 226 milyon 67 min kubmetr təbii qaz ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Serbiyaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 90 milyon 679 min dollar və ya 4,1 dəfə, miqdar ifadəsilə isə 154 milyon 4 min kubmetr, başqa sözlə 3,1 dəfə çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Serbiyaya 29 milyon 152 min dollar dəyərində 72 milyon 64 min kubmetr təbii qaz göndərilmişdi.
Bu ilin nəticələrinə görə Serbiyaya ixrac edilən təbii qazın hər 1000 kubmetrinin orta idxal qiyməti 530 dollar (təxminən 901 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 404,4 dollar (təxminən 687 manat) idi. Bu da illik müqayisədə 125,6 dollar (214 manat) və ya 31,1% bahalaşma deməkdir.











