2025-ci ildə Azərbaycanın təbii qaz idxal etdiyi ölkələr sırasına İran İslam Respublikası da daxil olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin 12 ayı ərzində İrandan Azərbaycana 3 milyon 987 min dollar dəyərində 59 milyon 243 min kubmetr təbii qaz idxal edilib.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə İrandan Azərbaycana birbaşa qaz idxalı qeydə alınmamışdı.
Bu il İrandan idxal edilən qazın hər 1000 kubmetrinin orta idxal qiyməti 67,3 dollar (təxminən 114,4 manat) təşkil edib. Bu, digər ölkələrdən alınan qazın qiymətindən xeyli dərəcədə aşağıdır.
Bununla yanaşı Azərbaycan da İrana 9 milyon dollarlıq 134,2 milyon kub metr qaz ixrac edib.











