“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək 199 mlrd. kubmetr qaz hasil edilib.
Eləcə də bax: Azərbaycan qaz hasilatını - 10%-DƏK ARTIRIB
FED.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari ilin 1 sentyabr tarixinədək isə 174 mlrd. kubmetrə yaxın qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 121 mlrd. kubmetri ixraca nəql edilib” - məlumatda qeyd olunub.
Xatırladaq ki, “Şahdəniz”dən hazil edilən qaz Avropaya da ixrac olunur. (Apa)