Bu ilin 8 ayı üzrə operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 21,8 mln. ton neftin 17,6 mln. tonu ixraca nəql edilib.
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
“Ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% artımla hasil edilmiş 30,6 mlrd. kubmetr qazın 14,4 mlrd. kubmetri ixrac olunub”, - paylaşımda qeyd olunur. (Apa)