Bu ilin I yarısında “Şahdəniz” qaz yatağına 1,506 milyard ABŞ dolları xərc çəkilib.
Eləcə də bax: BP-Azərbaycandan biznes əməliyyatları - Hesabatı
FED.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,9% çoxdur.
O cümlədən, son 1 ildə yataq üzrə əməliyyat xərcləri 2,8 dəfə artaraq 1,14 milyard dollara çatıb, əsaslı xərclər isə 19% azalaraq 366 milyon dollara düşüb.
Xərclərin böyük hissəsi “Şahdəniz-2” layihəsinə aid olub.
Bu ilin II rübündə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunub. HPBS 4 iyun 1996-cı il tarixində Dövlət Neft Şirkəti (SOCAR) ilə xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS-i Milli Məclis ratifikasiya edib və həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzŞD (10%), LUKOYL (10%), NİKO (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), (Report)