2023-cü il dövlət büdcəsinin gəlirlərinin 53%-i neft sektorunun hesabına formalaşacaq.
Eləcə də bax: Neftin Azərbaycan üçün ən aşağı - ZİYANSIZ QİYMƏTİ AÇIQLANDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcə ilə bağlı rəyində bildiriir.
Palata bildirirki, neftin qiymətinin büdcədə ehtiyatlı yanaşma əsasında götürülməsi şəraitində növbəti ildə dövlət büdcəsində neft sektorunun payı cari ilə nisbətən azalma proqnozlaşdırılıb.
2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülüb. Nəticədə dövlət büdcəsi gəlirlərinin 16 milyard 297 milyon manatının və ya 53,0%-nin neft sektorunun payına düşməsi proqnoz edilir.
Belə ki, 2023-cü il üzrə neft sektoru üzrə gəlirlərin 11 milyard 280 milyon manatı Dövlət Neft Fondundan transfer ediləcək, 1 milyard 650 milyon manat ARDNŞ tərəfindən ödənilən vergilər, 492 milyon manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2 milyard 875 milyon manat isə Şahdəniz yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir.
Cədvəl 20. Neft sektoru üzrə ödənişlər, mln. manatla
Göstəricilər |
2020 |
2021 |
2022 təsdiq olunmuş |
2022 yenidən baxılan |
2023 Layihə |
DNF-dən transfert |
12 200 |
11 350 |
12 710 |
11 517,5 |
11 280 |
ARDNŞ-nin vergi ödənişi |
1 198,4 |
1 141,7 |
1 350 |
1 350 |
1 650 |
Hasilatın pay bölgüsü, mənfəət vergisi |
603,7 |
1 044,6 |
630 |
1 060 |
492 |
Şahdəniz layihəsi üzrə HPBS mənfəət vergisi |
1 610 |
2 875 |
|||
Neft sektoru üzrə cəmi ödəniş |
14 002,1 |
13 536,3 |
14 690 |
15 537,5 |
16 297 |
Dövlət büdcəsinin gəlirləri |
24 681,7 |
26 396,3 |
26 816 |
29 197,8 |
30 720,7 |
Neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi |
56,7 |
51,3 |
54,8 |
53,2 |
53 |
Cədvəl “Büdcə zərfi”nə daxil olan məlumatlar əsasında Hesablama Palatası tərəfindən tərtib edilши.