2022-сi ildə Azərbaycan üçün bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price) $46,7, 2023-cü ildə $35,7 təşkil edəcək.
Eləəc də bax: “Fitch Solutions": "Neftin orta qiyməti 100 dollardan aşağı düşəcək"
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr ayı üçün Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd olunub.
2021-ci ildə bu göstərici neftin bir bareli üçün $58,1 təşkil edib.
“İtkisiz qiymət” səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.
Fondun proqnozlarına görə, 2022-2023-cü illərdə Azərbaycanda gündəlik neft hasilatı 0,69 milyon barel təşkil edəcək ki, bu da 2021-ci ilin göstəricisinə uyğundur.
2022-ci ildə ölkədə gündəlik qaz hasilatı 0,81 milyon barel (2021-ci ildə 0,79 milyon barel), 2023-cü ildə 0,86 milyon barel neft ekvivalenti səviyyəsində olacaq.
BVF-nin proqnozlarına görə, 2022-2023-cü illərdə Azərbaycandan neft ixracı ildə 0,56 milyon barel (2021-ci ilin göstəricisinə uyğundur), qaz hasilatı 2022-ci ildə 0,45 milyon barel (2021-ci ildə 0,43 milyon barel), 2023-cü ildə 0,49 milyon barel neft ekvivalenti səviyyəsində olacaq.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti $70-dan götürülüb. (İntefaks-Azərbaycan)