“Şahdəniz” böyük potensiala malik olan yataqlardan biridir.
"Şahdəniz" yatağındakı əsas qurğu - “Alfa” platforması yenidən işə salınıb
FED.az xəbər verir ki, bu sözləri “bp-Azərbaycan” şirkətinin meneceri Bağır Axundov “Şahdəniz” Kompressiya Layihəsinin ictimaiyyətə təqdimatı ilə əlaqədar keçirilən tədbirdə deyib.
O bildirib ki, “Şahdəniz” Kompressiya Layihəsinin həyata keçirilməsindən sonra yatağın səmərəsi daha da artacaq.
“Təqribən 860 kvadratmetr sahəni əhatə edən “Şahdəniz” Kontrakt Sahəsi Bakıdan 70 kilometr cənub- şərqdə, dənizin 85 metr dərinliyində yerləşir. Kontrakt sahəsinin işlənməsi bu günədək “Şahdəniz Mərhələ 1” və “Şahdəniz Mərhələ 2” layihələri çərçivəsində həyata keçirilib. “Şahdəniz” Kompressiya Layihəsi üzrə görüləcək işlər “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarının, eyni zamanda, Səngəçal terminalının mövcud infrastrukturunda aparılacaq. Layihə üzrə 2029-cu ilin ortalarında “Şahdəniz Alfa” platformasından və 2030-cu ilin ortalarında isə “Şahdəniz Bravo” platformasından ilk qazın hasilatı nəzərdə tutulub. Tikinti sahələrində quruda tikinti və istismara verilmə fəaliyyətinin əksəriyyətinin 2026-2028-ci illər arasında həyata keçiriləcəyi gözlənilir”, - deyə Bağır Axundov vurğulayıb. (Azərtac)