Yanvarın 18-də axşam saatlarından başlayaraq "Şahdəniz" qaz-kondensat yatağında “Alfa” platforması yenidən işə salınıb.
FED.az xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkəti bildirib.
Bundan əvvəl, “Alfa” platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilib.
Qeyd edilib ki, hazırda "Şahdəniz" qaz-kondensat yatağında “Alfa” platformasından hasilat və ixrac əməliyyatları tədricən artırılmaqdadır. Əməliyyatların normal səviyyəyə çatmasının daha bir neçə gün çəkəcəyi gözlənilir: “Planlarımızı və fəaliyyətlərimizi SOCAR və digər tərəfdaşlarımızla koordinasiya etməklə onlarla yaxından işləməkdə davam edirik”.
Xatırladaq ki, Azərbaycanın əsas qaz yatağı sayvlan «Şahdəniz»də sözügedən platformanın fəaliyyətini dayandırması ölkənin xaricə qaz ixracında da problem yaratmışdı.
Belə ki, Azərbaycanın Serbiya və Bolqarıstana qaz ixracı dayanmışdı.