Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 1-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepattini qəbul edib.
“Şahdəniz” üzrə dövlət büdcəsinə daxilolmalar - KƏSKİN ARTACAQ - CƏDVƏL
Azərbaycanın Avropa ölkələrinin enerji təchizatında etibarlı mənbə olduğunu vurğulayan Luka Skyepatti İtaliyanın qaz istehlakının 15%-nin TAP vasitəsilə təmin edildiyini bildirib.
FED.az xəbər verir ki, görüşdə TAP-ın boru kəmərinin ötürmə gücünün mərhələli şəkildə illik 20 milyard kubmetrə çatdırılması üçün aparılan bazar sınaqlarının gedişatı nəzərdən keçirilib. Bildirilib ki, bazar sınağının birinci mərhələsinin nəticələrinə uyğun olaraq 2026-cı ildən ildə 1,2 milyard kubmetr əlavə qazın tədarükü mümkün olacaq. Bazar sınağının ikinci mərhələsi isə 2023-cü ilin ikinci yarısına planlaşdırılır.
Söhbət zamanı hidrogenin nəqli perspektivləri və “TAP AG” konsorsiumunun bu istiqamətdə fəaliyyəti də nəzərdən keçirilib.