"“Şimal axını-2” qaz kəmərinin istismara verilmədiyini fərz etsək, Rusiya bu qaz üçün başqa alıcılar tapacaq".
Eləcə də bax: Qazaxıstanda qazın qiymətləri 2024-cü ilə qədər - DƏYİŞMƏZ QALACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu sözləri “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov bildirib.
“Bu layihə Rusiyadan çox, ilk növbədə, avropalı istehlakçılara lazımdır. Əgər biz “Şimal axını-2” layihəsinin olmayacağını təsəvvür etsək, qazı harada və necə satacağımızı bilirik”,- deyə Çijov bildirib.