İlkin məlumata görə, 2022-ci ilin yanvar ayında Rusiya təbii qazın ixracından əldə etdiyi gəlirlər tarixi maksimumu yeniləyib.
Eləcə də bax: TƏCİLİ: ABŞ prezidenti Rusiyadan neft qaz alışına - QADAĞA QOYDU
FED.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin açıqlamasında deyilir.
Belə ki, 2022-ci ilin yanvarında Rusiyanın təbii qaz ixracından gəlirləri 9,463 mlrd. ABŞ dollarına çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 3,393 mlrd dollar, 2021-ci ilin dekabrında isə 8,337 mlrd. dollar təşkil edib.
Qeyd olunur ki, hesabat dövründə Rusiyadan 29 ölkəyə ixrac olunan qazın həcmi 13,805 mlrd. kubmetr təşkil edib. (Apa)