ABŞ prezidenti Co Bayden Rusiyadan enerji idxalına qadağa qoyub.
FED.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukrayna müharibəsi sanksiyalarının bir hissəsi olaraq Rusiyadan bütün enerji, neft və qaz idxalını qadağan etdiyini açıqlayıb.
Baydenin sözlərinə görə, Vaşinqton Avropadakı müttəfiqlərin Rusiyadan enerji daşıyıcılarının idxalına qadağaya qoşula bilmədiklərini anlayışla qarşılayır. Prezidentin sözlərinə görə, Rusiyaya qarşı bu qadağanı hər iki partiya dəstəkləyib.