Neft-qaz kompleksi üçün texnoloji avadanlıq istehsalçısı olan Rusiyanın “Neftemaş” Səhmdar Cəmiyyəti Bakıda nümayəndəlik açıb.
Eləcə də bax: «Exxon Mobil» «Əsrin müqaviləsi»ndəki payını - SATMAQ İSTƏYİR
FED.az xəbər verir ki, bunu Tümen və Azərbaycan sahibkarları üçün “Caspian European Club” tərəfindən təşkil olunan onlayn forum zamanı “Neftemaş”ın Satış departamentinin direktorunun müavini Yevgeni Kalunin deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə “Neftemaş” məhsullarının fərdi dəstlərinin satışına start veriləcəyi gözlənilir: “Biz hazırda SOCAR-ın “Azneft” və “Azəriqaz” istehsalat birlikləri ilə neft-qaz, kimya və ətraf mühit sahələri üzrə əməkdaşlığı nəzərdən keçiririk. Bundan başqa, biz Azərbaycanda layihələrin maliyyələşdirilməsi ilə bağlı Rusiya Ekspert Mərkəzi ilə əməkdaşlığa başlamışıq. Bunun icrası ölkədəki müvafiq tənzimləyicisinin mövcudluğundan asılıdır”.
Apa