ABŞ-ın «Exxon Mobil» şirkəti yenidən Azərbaycanın ən böyük neft-qaz müqaviləsi olan Azəri-Çıraq-Günəşli yataqlarında «Əsrin müqaviləsi» payını satmaq barədə düşünür.
Eləcə də bax: “ExxonMobil” son 32 ildə ilk dəfə - RÜBLÜK ZƏRƏR EDİB
FED.az «Reuters»ə istinadən xəbər verir ki, bu addım neftin ucuzlaşmasından faydalanmaq istəyən Asiyanın iri neft qaz şirkətlərinin marağına səbəb olub.
Qeyd edək ki, ABŞ-ın ən iri neft qaz şirkətlərindən olan «Exxon Mobil» özünün «Əsrin müqaviləsi»ndəki 6,8%-lik payını ilk dəfə 2018-ci ildə satmağa çalışmışdı. Həmin vaxt onun rəqibi olan «Chevron» da müqavilədəki 9,57%-lik payını satışa çıxarmışdı.
«Exxon» satış prosesini rəsmi surətdə dayandırmasa da, «Chevron» macar şirkəti «MOL» ilə razılaşaraq payını ötən ilin noyabrında 1,57 milyard dolara satdı.
«Exxon»un payının satış prosesi, hansı ki, «Bank of America Merrill Lynch» idarə edir, bir qədər əvvəl yenidən bərpa edilib. Baxmayaraq ki, koronavirus pandemiyası səbəbindən neftin qiyməti 30 dollara enib.
«Exxon Mobil» özünün Azərbaycandakı xidmət olunmayan aktivlərinə bazar marağın öyrənməkdədir»-deyə «Reuters»ə «Exxon»un nümayəndəsi Culi Kinq bildirib.
«Exxon» mütəmadi olaraq öz istehsal portfelini qiymətləndirir və əgər başqa şirkətlər bu aktivlərdə daha böyük dəyər taparlarsa, bi zonu satarıq»-deyə şirkət nümayəndəsi bildirib.
Sektordakı mənbələr bildirib ki, artıq bəzi iri neft şirkətləri, o cümlədən China National Offshore Oil Corp. (CNOOC), Hindistanın ONGC və İndoneziyanın Pertamina şirkətləri bu səhm zərfinə maraq göstəriblər və əvvəlki qiymətdən daha aşağı qiymətə almağa çalışıblar.