Rusiyanın Nijni Novqorod vilayətindəki “Lukoil” neft emalı zavodu PUA hücumlarından sonra fəaliyyətini dayandırıb.
Rusiyanın bir neçə vilayətinə PUA hücumu olub, "Lukoyl" neft anbarında yanğın başlayıb
FED.az xəbər verir ki, məlumatı “Kommersant” yayıb.
Bildirilib ki, martın 12-də PUA-ların hücumu nəticəsində "Lukoyl" ən böyük neftayırma zavodunun ilkin neft emalı blokunda yanğın olub.
“Lukoyl” hadisəyə şərh verməkdən imtina edib.
Məlumata görə, ötən gecə Nijni Novqoroddan başqa, Oryol, Kursk, Voronej, Tula və Belqorod vilayətləri də PUA hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyanin də vurulan pilotsuz aparatların Moskvaya doğru uçduğunu açıqlayıb. (Report)