Hökumətin sərəncamına əsasən, Rusiyada dekabrın 1-dən əhali üçün təbii qaz 8,5%, elektrik enerjisi 9% bahalaşdırılıb.
"Rusiya neftinə 60 dollarlıq qiymət müəyyən edilməsi müzakirə edilir"
FED.az xəbər verir ki, Rusiya hökuməti əhali üçün mənzil-kommunal xidmətlərin tariflərinin indeksləşdirilməsini 2023-cü il iyulun 1-dən 2022-ci il dekabrın 1-nə keçirib.
Hökumət tariflərin artırılmasını kommunal infrastrukturun yenilənməsi zərurəti və əvvəlki indeksasiyaların inflyasiyadan geri qalması ilə izah edib.
Qərara əsasən, sənaye üçün də qazın qiyməti 8,5% artıb. (Marja)