Avropa İttifaqı (Aİ) ölkələri Rusiya neftinin bir barelinin qiymətinin 60 dollar səviyyəsində müəyyən edilməsi imkanını müzakirə edir.
Avropa ölkələrindən Rusiya neftinin qiymətinə - 62 DOLLARLIQ LİMİT
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Məlumata görə, Aİ ölkələri və “Yeddilik” qrupuna daxil olan digər ölkələr Rusiyanın satdığı neftin qiymətinin məhdudlaşdırılmasına dair razılığa gəlmək üçün 60 dollar qiymət limitinin tətbiqini nəzərdən keçirir.
Agentliyin mənbələrinə görə, hazırda Aİ və G7-nin üzvü olan bütün ölkələrin Rusiya neftinin bir bareli üçün 60 dollar qiymət limitini dəstəkləyib-dəstəkləmədiyi məlum deyil. Bununla belə, əksər Aİ və G7 ölkələri digər tələblər yerinə yetirildiyi təqdirdə belə bir qiyməti müdafiə etməyə hazırdır. (Marja)