“Lukoil” şirkəti Xəzər dənizindəki “Dostluq” yatağının operatoru olmaq istəyir.
Eləcə də bax: Azərbaycanla Türkmənistanın “Dostluq” yatağını - “Lukoyl” İşləyəcək
FED.az xəbər verir ki, bu sözləri “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında söyləyib.
“Dostluq”la bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası razılaşma hazırlanır. Biz operator olmaq istəyirik, nə qədər paya sahib olacağımızı isə hələ bilmirik”, - deyə Vahid Ələkbərov bildirib.
Mütəxəssislərin fikrincə, “Dostluq”un 50 milyon ton neft ehtiyatları var.
Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzərdə yerləşən “Dostluq” yatağının birlikdə işlədilməsi haqqında razılığa gəliblər. (İnterfax)