“Böyük Yeddilik” (G7) ölkələri maliyyə nazirləri bu gün keçiriləcək görüşdə Rusiya neftinin qiymətinə limit qoyacaq.
Eləcə də bax: Rusiya neftinin qiymətinə limit qoyulacaq – Baha Sata Bilməyəcək
FED.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri öz mənbəyinə istinadən yazıb.
Rusiya neftinə limitin dekabrın 5-dən, neft məhsullarına limitin isə 2023-cü il fevralın 5-dən qoyulması planlaşdırılır.
G7 ölkələri Hindistanın da bu məhdudiyyətlərə qoşulmasına ümid edir. (Apa)