İran Rusiyaya öz ərazisi ilə svop qaz nəqlini həyata keçirməyi təklif edib.
Eləcə də bax: İtaliya TAP sayəsində qaz ixracatçısına - ÇEVRİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci bildirib.
Onun sözlərinə görə, Rusiyaya səfər zamanı qazın İran vasitəsilə svop tədarükü müzakirə olunub.
"Son aylar ərzində biz Türkmənistandan qazın Azərbaycan vasitəsilə svop tədarükünü həyata keçirməyə başlamışıq. Eynilə, bunu Rusiya qazının sonrakı ixracı üçün də təklif etdik”, - Ouci deyib.
Qeyd edək ki, 2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb.
Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb.
Aşqabad müqaviləsinə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.