Avropa ölkələrin tərəfindən Rusiya neftinin qiymətinə tətbiq edəcəyi qiymət limiti Azərbaycan neftinin qiymətin də təsirini göstərəcək.
Eləcə də bax: Neftə «qiymət tavanı» qoyan ölkələrə neft satmayacağıq – RUSİYADAN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, iqtisadiyyat və sahikarlıq komitəsinin sədri Tahir Mirkişili Bakıda keçirilən beynəlxalq Bank konfransında bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda 2.7%, inflyasiyanın isə 6,9% olacağı gözlənilir. Büdcədə neftin qiyməti isə 50 dollar nəzərdə tutulub.
Xatırladaq ki, hazırda Azrbaycan neftinin qiyməti 90-100 dollar arasında dəyişir.
Tahir Mirkişili bildirib ki, gələn il neftin qiymətinin 50 dollar götürülməsi neft bazarı ilə bağlı gözləntilərlə bağlıdır.
«Düşünürük ki, Avropa Birliyinin Rusiya neftin qiymətinə tətbiq edəcəyi qiymət limiti neftin qiymətinə təsir edəcək və büdcədə neftin qiymətində bunu da nəzərə alırıq».