Bu ilin noyabrın 1-dən Rusiya neftinin ixrac rüsumu 8,4 ABŞ dolları məbləğində artaraq bir tonu üçün 71,2 dollar təşkil edəcək.
Eləcə də bax: Avropada qaz çatışmazlığının səbəbləri - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, hazırda sözügedən göstərici 62,8 dollar təşkil edir.
Qeyd olunur ki, 15 sentyabr – 14 oktyabr 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 76,77 dollar (öncəki ay 69,04 dollar) və ya bir tonu üçün 560,4 dollar (öncəki ay 504 dollar) təşkil edib.